Menu
Xəbər Lenti
Beyni bağışlanacaq
Dün, 05:25

Beyni bağışlanacaq

TƏBRİK EDİRİK!
24-12-2025, 15:34

TƏBRİK EDİRİK!

Yeni il təbriki.
24-12-2025, 10:32

Yeni il təbriki.

“Arsenal” yarımfinalda
24-12-2025, 06:32

“Arsenal” yarımfinalda

“Napoli” qalib oldu
23-12-2025, 05:26

“Napoli” qalib oldu

İrana xəbərdarlıq etdi
23-12-2025, 05:15

İrana xəbərdarlıq etdi

26 Ara 05:11Manşet / Dünya

“Gmail”də inqilabi yenilik - E-poçt ünvanlarımızı dəyişə biləcəyik

 

“Google” uzun illərdir dəyişməz qalan qaydasını yeniləməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, şirkət “Gmail” istifadəçilərinə mövcud “gmail.com” e-poçt ünvanlarını dəyişdirməyə icazə verəcək yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.

Bu yenilik rəqəmsal məkanda böyük maraq doğursa da, mümkün təhlükəsizlik riskləri ilə bağlı narahatlıqlar da yaranıb.

Sızdırılan rəsmi dəstək sənədlərinə əsasən, istifadəçilər e-poçt ünvanlarını 12 ay ərzində maksimum üç dəfə dəyişə biləcəklər. Ən mühüm məqamlardan biri isə köhnə ünvanların ləğv olunmamasıdır. Belə ki, həm köhnə, həm də yeni ünvana göndərilən məktublar eyni poçt qutusunda görünəcək. Bu imkan adını dəyişən peşəkarlar və ya uzun müddətdir istifadə etdikləri ünvanı yeniləmək istəyənlər üçün ciddi üstünlük sayılır.

Məlumata görə, yeni funksiya ilk dəfə hind dilində hazırlanmış “Google” dəstək sənədində üzə çıxıb və mərhələli şəkildə tətbiq olunması planlaşdırılır.

Bununla yanaşı, kibertəhlükəsizlik mütəxəssisləri ehtiyatlı olmağa çağırır. Onların fikrincə, bu cür yeniliklər fişinq və saxta bildirişlərin artmasına səbəb ola bilər. Xüsusilə “e-poçt ünvanınızı dəyişmək üçün buraya daxil olun” məzmunlu mesajların yayılacağı istisna edilmir. Nəzərə alsaq ki, “Gmail” ünvanı “Google”un bütün xidmətlərinə giriş üçün əsas açardır, istifadəçilərin yalnız rəsmi “Google” kanallarına etibar etməsi tövsiyə olunub.

“Google” funksiyanın nə vaxt tam istifadəyə veriləcəyini hələ açıqlamayıb, lakin yeniliyin yaxın dövrdə bütün istifadəçilər üçün əlçatan olacağı gözlənilir.