Həbsdə olan baş redaktor Habil Vəliyev sərrast cavabına görə Mehriban Əliyevaya təşəkkür etdi
Ailəsi ilə Ağdam şəhərinə qayıdan Fazilə Novruzova: "Anamla çıxdığımız torpağıma anamsız dönmək qismət oldu"
Rəşad İsmayılov nazir təyin edildikdən sonra Qafar Ağayev qanunsuz əməllərini davam etdirir?
Hikmət Hacıyev: "Azərbaycan və Serbiya regionlararası əməkdaşlıqda da mühüm rol oynayır"
Ramiz Mehdiyev və Əli Kərimli ilə bağlı yeni sübutlar hansı gizli əlaqələri üzə çıxardı?
“Gənclərin Gözü ilə Konstitusiya və Heydər Əliyev İrsi” layihəsi uğurla başa çatıb
Qərbi Azərbaycan Amasiya rayon İcması Qadınlar Şurasının bayram tədbiri keçirilib.

“Xezertv.info” xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan TV-nin rəhbəri Telli Pənahqızı, Amasiya rayonunun ziyalı xanımları, şəhid anaları, Qərbi Azərbaycanın digər rayonlarını təmsil edən xanımlar iştirak ediblər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Amasiya rayon İcması Qadınlar Şurasının sədri Teyfə Zilfiqarova çıxış edərək qarşıda duran vəzifələr haqqında məlumat verib. Qərbi Azərbaycan TV-nin rəhbəri Telli Pənahqızı Prezident İlham Əliyevin tövsiyələrini rəhbər tutaraq Qərbi Azərbaycan İcmasında görülən işlər barədə məlumat verib. Amasiya rayon İcmasının sədr müavini Elmar Hüseynov akademik Abel Məhərrəmovun salamlarını və Yeni il təbriklərini Amasiya rayon ziyalı xanımlarının diqqətinə çatdırıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Həcər Hüseynova, şəhid Murad Məmmədovun anası Mürvət Məmmədova, şəhid Orxan Hüseynovun anası Xalidə Hüseynova,
Səmayə İsmayılova, Dürrə Vəliyeva, Dilarə Mövlayeva, Zoya Əliyeva, Arzu Abbasova, Təranə Abbasova, Vətəngül Beyazıtoğlu, Sona Hümbətova, Bahar Qasımova, Natavan Mustafayeva, Ülkər Əzizovanın çıxışından sonra tədbir çay süfrəsi arxasında davam edib və "Ağbaba yallısı"nın ifası ilə başa çatıb.






















































