Menu
Xəbər Lenti
Təbrik Məktubu
Dün, 15:16

Təbrik Məktubu

İmtahan günüdür
Dün, 10:22

İmtahan günüdür

“Azeri Light” bahalaşdı
25-04-2026, 10:18

“Azeri Light” bahalaşdı

Arda Turan cəzalandırıldı
24-04-2026, 07:49

Arda Turan cəzalandırıldı

08 Ock 05:28Manşet / İdman

“Barselona” darmadağınla finala yüksəldi

barselona-darmadaginla-finala-yukseldi

İspaniya Super Kubokunun yarımfinalında “Barselona” “Atletik Bilbao” üzərində inamlı qələbə qazanaraq adını finala yazdırıb.

“Qafqazinfo” xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdullah Sports City” stadionunda keçirilən qarşılaşma kataloniyalıların 5:0 hesablı darmadağını ilə başa çatıb.

Hansi Flikkin yetirmələri hələ ilk hissədə rəqib qapısına 4 top vuraraq matçın taleyini həll ediblər. Qolları Ferran Torres (22-ci dəq.), Fermin Lopes (30-cu dəq.), Runi Bardqji (34-cü dəq.) və Rafinya (38, 52-ci dəq.) vurublar. Rafinya dubl etməklə görüşün ən yaxşılarından biri olub.

Qeyd edək ki, “Barselona” turnirin finalında yanvarın 11-də “Real Madrid” - “Atletiko Madrid” cütünün qalibi ilə qarşılaşacaq.