Menu
Xəbər Lenti
Xəzərdə zəlzələ oldu
10-06-2026, 08:14

Xəzərdə zəlzələ oldu

Turanın meyiti tapıldı
10-06-2026, 07:43

Turanın meyiti tapıldı

19 Ock 07:34Manşet / İdman

"Ayntraxt Frankfurt" "Qarabağ"la oyuna iki məşqçi ilə çıxacaq

Ayntraxt Frankfurt Qarabağla oyuna iki məşqçi ilə çıxacaq

UEFA Çempionlar Liqasında "Qarabağ"ın növbəti rəqibi "Ayntraxt Frankfurt" yeni baş məşqçi axtarışlarını davam etdirir.

Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, Frankfurt təmsilçisini "Qarabağ"la keçiriləcək oyuna müvəqqəti olaraq başqa mütəxəssislər hazırlayacaqlar.

Belə ki, hazırda klubun U-19 komandasına rəhbərlik edən 43 yaşlı Aleksander Meyer və U-21 komandasının baş məşqçisi Dennis Şmidt "Qarabağ"la qarşılaşmada əsas komandanı idarə edəcəklər.

Xatırladaq ki, dünən "Ayntraxt Frankfurt" futbol klubu baş məşqçisi Dino Toppmöllerlə əməkdaşlığa xitam verib.

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.