Sağlamlıqla oynayanlar, Susdurulan zərərçəkən və şübhə doğuran qərar: Prokurorluq nəyi gizlədir? FOTO/VİDEO
Baş rol ifaçısı Doğukan Güngör Türkiyənin məşhur "Kızılcık şerbeti" serialını tərk etməli oldu
WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin qəbulunun başa çatmasına son bir həftə qalıb
Yük maşını sürücülərinin "qorxulu yuxusu": Avropanın ən stresli şəhərləri məlum oldu
Qəbələdə baş verən ağır qəzada xəsarət alan şəxsin SON VƏZİYYƏTİ

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Oğuz və Qəbələ Rayon Mərkəzi xəstəxanalarından (RMX) bildirilib ki, yanvarın 26-da saat 03:15-də Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə bir nəfər (kişi) Oğuz RMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"2000-ci il təvəllüdlü şəxsə bədənin və başın müxtəlif nahiyələrinin açıq yarası, qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, diz oynağının parçalanmış sınığı, IV dərəcə komatoz vəziyyət, qulaqların travmatik amputasiyası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. İxtisaslı tibbi müalicə məqsədilə pasiyent Qəbələ RMX-yə təxliyə olunub.
Reanimasiya şöbəsində müalicəsi davam etdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, sözügedən yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Əzizə İsmayılova






















































