Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
19-04-2026, 10:44

Faktiki hava açıqlandı

Ceyhun Bayramov Taylanda getdi
19-04-2026, 10:29

Ceyhun Bayramov Taylanda getdi

Bu gün imtahan var
19-04-2026, 10:26

Bu gün imtahan var

Meloni Azərbaycana gələcək
19-04-2026, 10:22

Meloni Azərbaycana gələcək

SEPAH Hörmüzü bağladı
19-04-2026, 10:16

SEPAH Hörmüzü bağladı

İsrail atəşkəsi pozdu
17-04-2026, 09:01

İsrail atəşkəsi pozdu

18 Ock 11:19Manşet / Sosial

Şəmkirdəki QƏZADA yaralanan şəxsin vəziyyəti açıqlanıb

Şəmkirdəki QƏZADA yaralanan şəxsin vəziyyəti açıqlanıb

Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, yanvarın 18-də, saat 00:40-da xəsarət alması səbəbilə 1985-ci il təvəllüdlü şəxs (kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Ona döş qəfəsinin sağ tərəfinin plevra boşluğuna nüfuz edən kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir", - məlumatda deyilir.

Hadisə nəticəsində ağır xəsarət alan R.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb.

Şükufə Süleymanlı