Xəbər Lenti
Dün, 08:46
Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?
2-07-2026, 10:19
“Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
1-07-2026, 11:25
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
AFFA "Qarabağ" və "Neftçi"ni cərimələdi

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XVII turunda baş verənlərlə bağlı qərar verib.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
"Qarabağ" "Kəpəz"lə görüşdə meydançaya kənar şəxs daxil olduğu üçün 2 500 manat cərimələnib. "Neftçi" komandası "Zirə" ilə matçda oyun günü planı pozulduğuna görə 2 000 manat məbləğində ziyana düşüb.
Bundan əlavə, "İmişli" "Araz-Naxçıvan"la matçda altı nəfər sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. "Araz-Naxçıvan"ın isə dörd futbolçusu sözügedən oyunda sarı vərəqə aldığından eyni cəzaya məruz qalıb.
"Sabah" klubu isə "Karvan-Yevlax"la oyunda beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat məbləğində cərimələnib.























































