Menu
Xəbər Lenti
02 Şub 08:25Manşet / İdman

Dünya Taekvondo Federasiyası rusiyalılara bayraq və himn icazəsi verdi

Dünya Taekvondo Federasiyası rusiyalılara bayraq və himn icazəsi verdi

Dünya Taekvondo Federasiyası Rusiya və Belarus idmançılarına milli bayraqlar altında yarışmağa icazə verib.

Oxu.Az xəbər verir ki, federasiyanın şurası müvafiq qərarı Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində keçirilən iclasda qəbul edib .

Eyni zamanda, Dünya Taekvondo Federasiyası bir sıra məhdudiyyətlərin qüvvədə qaldığını vurğulayıb: beynəlxalq yarışlar Rusiya ərazisində keçirilə bilməz və Rusiya və Belarus hakimiyyət orqanlarının nümayəndələrinə turnirlər üçün akkreditasiya verilməyəcək.

Qeyd edək ki, Ukraynaya işğalçı hücumdan sonra Rusiya idmançıları 2023-cü ilin aprel ayından bəri beynəlxalq yarışlarda neytral olaraq iştirak edirlər.