Menu
Xəbər Lenti
02 Şub 08:45Manşet / Siyasət

Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"

Sahibə Qafarova: Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq

"2025-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı məsələlər Milli Məclisin iclaslarının birində müzakirəyə daxil ediləcək".

Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında sədr Sahibə Qafarova deyib.

Spiker parlamentin beynəlxalq münasibətlər və əlaqələrin inkişafı ilə bağlı mühüm məqamlara toxunub:

"Parlamentlərarası əlaqələrin inkişafı istiqamətində atılan bu addımlar olduqca önəmlidir. Bu baxımdan, parlamentin səlahiyyətləri ilə bağlı məsələlər də yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq".

Mərahim Nəsib