Xəbər Lenti
Dün, 10:22
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dün, 10:10
İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib
25-04-2024, 12:01
Cəlil Xəlilov: “Bu, Prezidentimizin Ermənistan və onu silahlandıran dövlətlərə növbəti xəbərdarlığıdır”
24-04-2024, 06:05
Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
Milli Məclisin sədri media nümayəndələri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova martın 15-də parlamentin iclasından sonra ali qanunvericilik orqanının fəaliyyətini işıqlandıran media nümayəndələri ilə görüşüb.
Parlamentin sədri jurnalistləri Novruz Bayramı münasibəti ilə təbrik edərək, onlara gələçək peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. Parlament-media münasibətləri barədə fikirlərini bölüşən Sahibə Qafarova ölkəmizin son illər Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı uğurlarından, Vətən müharibəsindəki Zəfərindən, parlamentdə gələcəkdə görüləcək işlərdən, ölkə rəhbərliyi tərəfindən mediaya göstərilən diqqətdən danışıb.
Görüşdə çıxış edən, parlamentdə akkreditə olunmuş jurnalistlər Milli Məclisin sədrini Novruz Bayramı münasibəti ilə təbrik edərək, pandemiya dövründə onların fəaliyyəti üçün yaradılmış şəraitə görə təşəkkür ediblər. Ali qanunvericilik orqanın fəaliyyətini, ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndiriblər, parlamentin işinin işıqlandırılması barədə fikirlərini bölüşüblər. Milli Məclisin sədrinə, deputatlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda Milli Məclisin sədri Sahibə Qafarova media nümayəndələri ilə birlikdə xatirə fotosu çəkdirib.