Menu
Xəbər Lenti
Cəlilabadda zəlzələ oldu
24-05-2026, 10:57

Cəlilabadda zəlzələ oldu

“AS Group” WUF13-də
22-05-2026, 14:23

“AS Group” WUF13-də

06 Şub 08:00Manşet / Gündəm / Kriminal

Müəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı

 

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib.

Qeyd edilib ki, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K.-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş. saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.