Menu
Xəbər Lenti
Sürücülərin nəzərinə!
14-06-2026, 11:31

Sürücülərin nəzərinə!

Daşkəsəndə yol çökdü
14-06-2026, 11:06

Daşkəsəndə yol çökdü

Hidayət Orucov vəfat etdi
14-06-2026, 10:55

Hidayət Orucov vəfat etdi

TƏBİB- də yeni təyinat
12-06-2026, 11:45

TƏBİB- də yeni təyinat

Paşinyan Putini təbrik etdi
12-06-2026, 11:33

Paşinyan Putini təbrik etdi

11 Şub 05:41Manşet / Dünya

Kanadada orta məktəbdə silahlı hücum - 10 ölü, 25 yaralı

kanadada-orta-mektebde-silahli-hucum

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Tamblır Ric şəhərində yerləşən orta məktəbdə baş verən silahlı hücum nəticəsində azı 10 nəfər həlak olub, 25 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

“Qafqazinfo” xəbər verir ki, Kanada Kral Atlı Polisi (RCMP) çərşənbə axşamı günortadan sonra məktəbdə aktiv silahlı şəxs barədə məlumat aldıqlarını açıqlayıb.

Hadisə yerinə daxil olan polis əməkdaşları binada çoxsaylı cəsəd aşkarlayıb. Hücumçu olduğu ehtimal edilən şəxs də ölü tapılıb.

Rəsmilər hazırda ictimaiyyət üçün əlavə təhlükənin olmadığını bildiriblər və təcili vəziyyət xəbərdarlığı ləğv edilib.

Hadisədən sonra Tamblır Ricdəki orta və ibtidai məktəblər həftənin sonunadək bağlanıb. Yerli hakimiyyət orqanları icmaya psixoloji və sosial dəstək göstəriləcəyini açıqlayıb.