Ailəsi ilə Ağdam şəhərinə qayıdan Fazilə Novruzova: "Anamla çıxdığımız torpağıma anamsız dönmək qismət oldu"
Rəşad İsmayılov nazir təyin edildikdən sonra Qafar Ağayev qanunsuz əməllərini davam etdirir?
Hikmət Hacıyev: "Azərbaycan və Serbiya regionlararası əməkdaşlıqda da mühüm rol oynayır"
Ramiz Mehdiyev və Əli Kərimli ilə bağlı yeni sübutlar hansı gizli əlaqələri üzə çıxardı?
“Gənclərin Gözü ilə Konstitusiya və Heydər Əliyev İrsi” layihəsi uğurla başa çatıb
Prezident İlham Əliyev: "Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur"
İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniya səfəri ilə bağlı görüntülər paylaşılıb
“Məğlub ola bilərik, amma ayrıla bilmərik” - Qurban Qurbanov

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində “Nyukasl”la ilk matçına çıxıb. Matç qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
“Doğma meydanda belə bir məğlubiyyət almaq istəməzdik. Artıq elə bir səviyyədə çıxış edirik ki, burada belə məğlubiyyətlər qaçılmazdır. İlk qollar buraxdıqdan sonra futbolçularım, boks dilində desək, nokauta düşdülər. Məğlubiyyətə baxmayaraq, azarkeşlər sonadək yanımızda oldular, birliyimizi göstərdilər, onlara təşəkkür edirəm. Bu il futbol ölkəmizdə daha da populyarlaşdı.”
- Matçın fasiləsində futbolçulara nə dediniz və növbəti matçda rotasiyalara getmək kimi fikriniz varmı?
- Futbolçuları sakitləşdirməklə məşğul idim. Belə davam etməməli olduqlarını söylədim. Rotasiyaları düşünmürəm. Qarşıda cavab oyunumuz var. 3-4 məşqimiz olacaq, daha da yaxşı hazırlaşmalıyıq. Qarşımızda səhvləri bağışlamayan rəqib var. Bunu yaddan çıxarmaq olmaz.
- Bəhlul Mustafazadənin zədəsi haqda məlumat varmı?
- Sabah dəqiq bilinəcək. Əzələ dartılması kimi görünsə də, sabah aparılacaq müayinələrdən sonra klub tərəfindən məlumat veriləcək.
- Hər bir klubun başında “qara buludlar” olduğu dönəmlər olur. “Qarabağ” da hazırda bunu yaşayır deyə bilərik. Sizcə, bu məğlubiyyət pley-off mərhələsinin eyforiyası idi, yoxsa fiziki durumun tükənişi?
- Mənim fikirlərim özünü sığortalamaq kimi düşünülə bilər. Amma bu belə deyil. Hər oyun keçdikcə, rəqiblərin gücü fərqli olur. Pley-off mərhələsinə kimi çıxmışıqsa, bunu müəyyən uğur kimi qəbul etmək olar. Bu səviyyələrdə oynayanda bu kimi məğlubiyyətlərə də hazır olmalıyıq. Futbolumuzun da inkişafı üçün bu məğlubiyyətlər qaçılmazdır. Azarkeşlərin sona qədər stadionu tərk etməyib bizi dəstəkləməkləri təqdirəlayiqdir. Rəqibə də göstərdik ki, biz məğlub ola bilərik, amma ayrıla bilmərik.
- “Nyukasl”ın pressinqinə qarşı oyun planınız nə idi?
- Biz bu gün bacardığımızın daha yaxşısını etməyə çalışdıq. Qarşımızdakı rəqibə görə futbolçularımda bu gün həyəcan da var idi.





















































