Menu
Xəbər Lenti
Bu ərazilərdə leysan var
20-07-2026, 09:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 09:41

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

23 Şub 11:03Manşet / Gündəm / Elm-təhsil

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi-nin IX qrant müsabiqəsinin qalibi: “Dəqiq fikir, səlis nitq – Məktəbli debatçılar” layihəsinə start verildi

 

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş “Dəqiq fikir, səlis nitq: Məktəbli debatçılar” layihəsi çərçivəsində təlimlərin keçirilməsinə başlanılıb.


Layihənin məqsədi 6,7,8-ci sinif şagirdlərinin özünü ifadə, ünsiyyət və təqdimetmə bacarıqlarını inkişaf etdirmək, onların tənqidi düşünmə, məntiqi mühakimə yürütmə və arqumentasiya qabiliyyətlərini gücləndirmək məqsədilə debat təlimləri və çempionatı təşkil etmək, bununla da onların akademik və sosial fəaliyyətlərdə daha aktiv iştirakını təşviq etməkdən ibarətdir.


Qeyd edək ki, layihə 4 ay boyunca həftədə 1 dəfə olmaqla ümumilikdə 40 saatlıq təlimləri əhatə edir. Təlimlər zamanı iştirakçılara effektiv ünsiyyət strategiyaları, təqdimat bacarıqları, arqumentlərin qurulması və auditoriya ilə düzgün əlaqənin yaradılması istiqamətində nəzəri və praktik biliklər təqdim edilir.


Xatırladaq ki, layihə Şəki şəhər Mirzə Fətəli Axundov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində Mehriban Məmmədova tərəfindən həyata keçirilir.


 

 

Xezertv.info