Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
19-04-2026, 10:44

Faktiki hava açıqlandı

Ceyhun Bayramov Taylanda getdi
19-04-2026, 10:29

Ceyhun Bayramov Taylanda getdi

Bu gün imtahan var
19-04-2026, 10:26

Bu gün imtahan var

Meloni Azərbaycana gələcək
19-04-2026, 10:22

Meloni Azərbaycana gələcək

SEPAH Hörmüzü bağladı
19-04-2026, 10:16

SEPAH Hörmüzü bağladı

27 Şub 05:21Manşet / İdman

“Fənərbaxça” Avropa Liqası ilə vidalaşdı

fenerbaxca-avropa-liqasi-ile-vidalasdi

“Fənərbaxça” UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Nottinqem Forest” üzərində 2:1 hesablı qələbə qazansa da, turnirlə vidalaşıb.

“Qafqazinfo” xəbər verir ki, ilk görüşdə rəqibinə 0:3 hesabı ilə uduzan İstanbul təmsilçisi iki oyunun ümumi nəticəsinə görə 2:4 hesabı ilə mübarizəni dayandırıb.

Cavab qarşılaşması İngiltərədə, Nottinqem şəhərində yerləşən “City Ground” stadionunda keçirilib.

“Fənərbaxça” oyuna fəal başlayıb və 22-ci dəqiqədə hesabı açıb. Kerem Aktürkoğlunun cərimə meydançasının sağ cinahından ötürməsindən sonra topa nəzarəti ələ alan futbolçu yaxın məsafədən dəqiq zərbə ilə komandasını önə keçirib – 0:1.

İkinci hissəyə sürətli başlayan qonaqlar 46-cı dəqiqədə penalti qazanıblar. Kerem Aktürkoğluna qarşı edilən kobudluqdan sonra təyin olunan 11 metrlik cərimə zərbəsini elə Aktürkoğlu özü dəqiq yerinə yetirib – 0:2.

Bu qol “Fənərbaxça”nın mərhələ adlamaq ümidlərini artırsa da, matçın 68-ci dəqiqəsində “Nottinqem Forest” fərqi azaldıb. Ainanın sağ cinahdan ötürməsindən sonra Hudson-Odoi uzaq küncə dəqiq zərbə vuraraq hesabı 1:2 edib.

Qarşılaşmanın qalan hissəsində hesab dəyişməyib. Beləliklə, “Fənərbaxça” səfərdə qələbə qazansa da, ilk oyundakı 0:3 hesablı məğlubiyyət səbəbindən UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

“Nottinqem Forest” isə iki oyunun nəticəsinə əsasən 4:2 hesablı üstünlüklə 1/8 final mərhələsinə yüksəlib.