Menu
Xəbər Lenti
Bu gün imtahan var
9-03-2026, 08:29

Bu gün imtahan var

Təl-Əvivə bomba yağır
7-03-2026, 08:29

Təl-Əvivə bomba yağır

11 Mrt 04:57Manşet / Dünya

4 oyunda 17 qol vuruldu - 1/8 finalda gecənin nəticələri

4-oyunda-17-qol-vuruldu

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, bu gün dörd oyun keçirilib.

Türkiyə təmsilçisi “Qalatasaray” İngiltərənin “Liverpul” komandasını qəbul edib.

Almaniya çempionu “Bavariya” İtaliyada “Atalanta”nın, İngiltərənin “Tottenhem” klubu isə İspaniyada “Atletiko”nun qonağı olub.

Pley-off-da “Qarabağ”ı mübarizədən kənarlaşdıran İngiltərənin “Nyukasl” komandası İspaniya təmsilçisi “Barselona” ilə münasibətlərə aydınlıq gətirib.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

“Qalatasaray” (Türkiyə) – “Liverpul” (İngiltərə) 1:0

“Atletiko” (İspaniya) – “Tottenhem” (İngiltərə) 5:2

“Nyukasl” (İngiltərə) – “Barselona” (İspaniya) 1:1

“Atalanta” (İtaliya) – “Bavariya” (Almaniya) 1:6

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin digər qarşılaşmaları martın 11-də baş tutacaq.