Menu
Xəbər Lenti
Bu gün Yel çərşənbəsidir
10-03-2026, 05:20

Bu gün Yel çərşənbəsidir

Telefonla danışdılar
10-03-2026, 05:17

Telefonla danışdılar

“Narazıyam” - Tramp
10-03-2026, 05:08

“Narazıyam” - Tramp

Bu gün imtahan var
9-03-2026, 08:29

Bu gün imtahan var

13 Mrt 05:00Manşet / Dünya

İraqda ABŞ-nin hərbi təyyarəsi vuruldu - Bütün heyət öldü - Yenilənib

iraqda-abs-nin-herbi-teyyaresi-vuruldu

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing KC-135 Stratotanker” yanacaq dolduran hərbi təyyarəsi İraq hava məkanında qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı  (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, hadisə İraqın qərb bölgəsində, ABŞ və müttəfiq qüvvələrin nəzarətində olan hava məkanında baş verib.

Qəza zamanı iki hərbi təyyarə əməliyyat tapşırığını yerinə yetirirmiş. Onlardan biri qəzaya uğrayıb, digər təyyarə isə təhlükəsiz şəkildə eniş edib.

CENTCOM qeyd edib ki, qəza İrana qarşı həyata keçirilən əməliyyat çərçivəsində baş verib.

Bəyanatda qəzanın səbəbi, qəzaya uğrayan təyyarədə olan heyətin sayı barədə hələlik məlumat verilməyib. Qeyd olunub ki, hadisə düşmən və ya dost atəşi nəticəsində baş verməyib və hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

***

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin yanacaq dolduran təyyarəsinin İraqın qərbində vurulduğunu və heyət üzvlərinin öldüyünü bildirib:

“ABŞ təyyarəsi İraqın qərbində İran tərəfindən dəstəklənən qrupların raketləri ilə vurulub və heyət üzvləri həlak olub”.