Menu
Xəbər Lenti
Rasim Balayev vəfat etdi
29-03-2026, 17:11

Rasim Balayev vəfat etdi

Yeni layihəsi bəlli oldu
29-03-2026, 09:53

Yeni layihəsi bəlli oldu

Sabunçu keçidi bağlandı
28-03-2026, 09:00

Sabunçu keçidi bağlandı

Neftimiz bahalaşdı
27-03-2026, 08:33

Neftimiz bahalaşdı

31 Mrt 20:11Manşet / Gündəm / Səhiyyə

DOKTOR DAVUD KLİNİKASİNİN RƏSMİ MÖVQE BƏYANI

 

Yayılan məlumatlarla bağlı rəsmi və əsaslandırılmış mövqe.


Son dövrlərdə bəzi informasiya resurslarında “Doktor Davud” klinikasının fəaliyyəti və rəhbəri haqqında yayılan məlumatlarla əlaqədar aşağıdakıları rəsmi şəkildə bəyan edirəm.


1. FƏALİYYƏTİN HÜQUQİ VƏ TARİXİ ƏSASLARI


Mən, Qüdrətov Davud Adil oğlu, 37 illik fasiləsiz özəl tibbi fəaliyyətə malik həkim olaraq bildirirəm ki:


                            1989-cu ildən etibarən fərdi tibbi fəaliyyətlə məşğulam;


                            1999-cu ildən etibarən təsisçisi olduğum özəl tibb müəssisəsində fəaliyyət göstərirəm;


                            fəaliyyətim bütün dövrlərdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilmişdir.


Xüsusilə qeyd edirəm ki:


? 2019-cu ilədək fəaliyyətimlə bağlı hər hansı dövlət orqanı tərəfindən rəsmi irad, inzibati tədbir və ya hüquqi iddia irəli sürülməmişdir.


Bu fakt uzun illər ərzində fəaliyyətimin:


                            qanunauyğun,


                            peşəkar,


                            qüsursuz təşkil edildiyini təsdiqləyir.


 2. DÖVLƏT SİSTEMLƏRİNDƏ STATUS VƏ TANINMA


Fəaliyyətim aşağıdakı dövlət platformalarında rəsmi şəkildə əks olunmuşdur:


                            Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin reyestrləri


                            əmək münasibətlərini əks etdirən dövlət sistemləri


                            vergi və maliyyə uçotu


                            elektron səhiyyə və resept sistemləri


Bu sistemlərdə uzun illərdir:


                            baş həkim


                            və ailə həkimi (ümumi praktik həkim)


kimi qeydiyyatda olmağım fəaliyyətimin dövlət tərəfindən tanındığını və qəbul edildiyini birbaşa sübut edir. Ailə həkimi (family physician) bütün yaş qruplarına (uşaqlardan yaşlılara qədər) ümumi tibbi xidmət göstərən, xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikasına məsul olan həkimdir (13 ixtisasi özündə birləşdirən multidissiplinar peşədir.


3. 2019-CU İLDƏN SONRA APARILMIŞ YOXLAMALARIN NƏTİCƏLƏRİ


2019-cu ildən etibarən müəssisəmdə müxtəlif dövrlərdə Analitik Ekspertiza tərəfindən 5 yoxlama aparılmışdır.


Bu yoxlamaların nəticələri ilə bağlı xüsusi olaraq qeyd edirəm:


                            4 halda tətbiq edilmiş inzibati cərimələrə qarşı hüquqi qaydada etiraz edilmiş


                            həmin işlər məhkəmə instansiyalarında araşdırılmış


                            və nəticə etibarilə cərimələr məhkəmə qərarları ilə ləğv edilmişdir


 

Bu fakt onu göstərir ki:


                            irəli sürülən iddialar hüquqi baxımdan əsaslandırılmamış


                            inzibati qərarlar məhkəmə nəzarətindən keçməyərək qüvvədən düşmüşdür


Bu isə birbaşa olaraq fəaliyyətimin qanunauyğunluğunu təsdiq edən mühüm hüquqi nəticədir.


4. HAZIRKI İDDİALARIN HÜQUQİ QİYMƏTLƏNDİRİLMƏSİ


Hazırda bəzi media resurslarında istifadə olunan ifadələr:


                            “ixtisasına uyğun fəaliyyət göstərmir”


                            “ciddi nöqsanlar aşkarlandı”


kimi iddialar:


·        heç bir konkret normativ hüquqi akta


·        rəsmi ekspertiza rəyinə


·        və ya qüvvəyə minmiş məhkəmə qərarına istinad etmir


·        Bu səbəbdən həmin iddialar:


·        hüquqi baxımdan əsassız


·        faktoloji baxımdan sübuta yetirilməmiş


·        və subyektiv mülahizə xarakterli hesab olunur


 5. HÜQUQİ PRİNSİPLƏR


Azərbaycan Respublikasının hüquq sistemi aşağıdakı fundamental prinsiplərə əsaslanır:


                            hüquqi qiymətləndirmə yalnız səlahiyyətli orqanların qərarı ilə müəyyən olunur


                            hər hansı şəxsin fəaliyyətinə dair ittihamlar yalnız sübutlar əsasında verilə bilər


                            məhkəmə qərarı olmadan şəxsin fəaliyyətinin qanunsuz elan edilməsi yolverilməzdir


Bu prinsiplər nəzərə alınmadan yayılan məlumatlar ictimaiyyəti çaşdırmağa yönəlmiş yanlış təqdimatdır.


6. NƏTİCƏ VƏ MÖVQE


 

Yuxarıda göstərilən faktlar və hüquqi əsaslar fonunda bəyan edirəm ki:


                            fəaliyyətim uzun illər ərzində qanun çərçivəsində və dövlət nəzarəti altında həyata keçirilmişdir


                            aparılmış yoxlamaların nəticələri məhkəmə instansiyaları tərəfindən obyektiv qiymətləndirilmişdir


                            hazırda yayılan iddiaların isə hüquqi əsası yoxdur və sübuta yetirilməmişdir


 YEKUN


İctimaiyyətə bildirirəm ki:Mən AİLƏ HƏKİMİ vəzifəsini icra etmək üçün sertifikasiyaya sahibəm.


Mənim fəaliyyətimlə bağlı istənilən hüquqi məsələ yalnızrəsmi sənədlər, normativ aktlar və məhkəmə qərarları əsasında qiymətləndirilə bilər və bu çərçivədən kənar yayılan məlumatlar hüquqi qüvvəyə malik deyil.


 

 

Hörmətlə,

Qüdrətov Davud Adil oğlu

“DAVUD LTD” MMC-nin direktoru