Menu
Xəbər Lenti
Bu ərazilərdə leysan var
20-07-2026, 09:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 09:41

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

03 Nis 18:27Manşet / Gündəm / İdman

“Turan Tovuz”un futbolçusuna Türkiyə və Rusiya klublarından təklif var

 

“Turan Tovuz”un U-16 komandasının qapıçısı Yusif Həsənov yaşının az olmasına baxmayaraq, həmkarlarından seçilir. 185 sm boya malik qapıçı gənc yaşından Rusiya və Türkiyə klublarının diqqətini cəlb edib.

“Turan” akademiyasının da gələcəyinə ümid bəslədiyi kiper haqda bir neçə klubun nümayəndəsi də fikir bildirib.

Musavat.com “Football-plus.az”a istinadla həmin fikirləri təqdim edir.

Elçin Rzazadə, “Qəbələ” Akademiyasının qapıçılar üzrə əlaqələndiricisi:

“Yusif Həsənov bizim akademiyada olanda da istedadı ilə seçilirdi. Həqiqətən də çox potensiallı qapıçıdı. Üzərində çox işləsə, daha böyük klublarda görə bilərik”.

Ülfət Mədətov, “Tovuz Turan” Akademiyasının əlaqələndiricisi:

“Bəli, Yusif Həsənov hazırda bizim akademiyanın aşağı yaş qruplarının şərəfini qoruyur. Bizə dekabrda qoşulub. Onu deyə bilərəm ki, Yusif U-17 və əvəzedicici komanda ilə məşqə çıxır. Komandamıza da artıq uyğunlaşma prosesi gedir. Bütün hallarda uğurlar arzulayıram”.

Aqil Məmmədov, “Neftçi” Akademiyasının qapıçılar üzrə əlaqələndiricisi:

“Maşallah, Yusif çox tərbiyəli, potensiallıdı. Qapıçı performansı onu göstərir ki, gələcəkdə çox gözəl qapıçı olacaq. Fiziki göstəriciləri tam yüksək səviyyədədi. Bu yaşda ölkədə belə fiziki göstəricilərə malik çox az qapıçı var. Əlbəttə, Avropa klublarından təklif varsa, biz buna ancaq sevinə bilərik”.