Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
Tale Heydərov iş adamı ilə razılığa gəlib - Azad olunmasına etiraz etmir
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun 12 milyon manatının ələ keçirilməsi ilə bağlı məhkəmə başlayıb.
“Qafqazinfo”nun məlumatına, Heydərovun aldadılması ilə bağlı iki məşhur iş adamı ittiham edilsə də, indi onlardan biri - “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyev mühakimə olunur.
Gənc biznesmen həbsdə saxlanılır, Bakı Ağır Cinayətlər Məhkəməsinə kanvoyun müşayiəti ilə gətirilib.
Müdafiə tərəfini təmsil edən vəkillər prosesdə iştirak etmədiyi üçün bugünkü iclas təxirə salınıb.
Əldə etdiyimiz məlumata görə, Tale Heydərov artıq İntiqam Səfərəliyevlə razılıq əldə edib. O, daha əvvəl nümayəndəsi vasitəsilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin həbsdən azad olunmasına etiraz etmədiyini bildirib. Bu barədə notarial qaydada təsdiq edilmiş sənəd də bu gün məhkəməyə təqdim olunub.
Tale Heydərova dəymiş 11 milyon 903 min manat ziyanın ödənilib-ödənilmədiyi və tərəflər arasında razılaşmanın hansı şərtlə əldə olunduğu hələlik məlum deyil. Ona görə ki, nümayəndənin təqdim etdiyi sənəd bu gün elan edilməyib.
İşin gedişatını diqqətdə saxlayacağıq.
Qeyd edək ki, bu iş üzrə “Azfinance İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sədri Abid Mamedov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin o, ölkədən qaçıb gizləndiyi üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib. A.Mamedov daha əvvəl Heydərovlara aid olduğu deyilən AFB Bankın Müşahidə Şurası sədrinin müşaviri, İ.Səfərəliyev isə həmin şuranın üzvü olub.
Sail Ağasəlim























































