Menu
Xəbər Lenti
Süni intellekt oğruları
3-08-2026, 10:24

Süni intellekt oğruları

İkram Kərimov vəfat etdi
2-08-2026, 10:01

İkram Kərimov vəfat etdi

Bu gün imtahan var
2-08-2026, 09:57

Bu gün imtahan var

İrana hücumu ləğv etdi
2-08-2026, 09:53

İrana hücumu ləğv etdi

17 Nis 09:13Manşet / Şou-biznes

Serialdakı sevgi gerçək oldu

Türkiyədə “Star TV” ekranlarında yayımlanan “Sevdiyim Sənsən” serialında birlikdə rol alan Aytaç Şaşmaz və Helin Kandemir barədə yeni iddia gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, serialda sevgili obrazlarını canlandıran cütlüyün çəkiliş meydançasında başlayan dostluğu zamanla romantik münasibətə çevrilib.

Bildirilir ki, yeni başlayan münasibəti ictimaiyyətdən uzaq saxlamağa çalışan cütlük çəkilişlərdən kənarda birlikdə görünməməyə diqqət edir.

Helin Kandemirin daha əvvəl verdiyi müsahibələrdən birində Aytaç Şaşmaz haqqında “Çox gözəl bir ürəyi var” ifadəsini işlətməsi də sosial mediada yenidən gündəmə gəlib və tərəflər arasındakı yaxınlığın işarəsi kimi dəyərləndirilib.

Bundan əlavə, Helin Kandemirin Aytaç Şaşmazın qardaşının arvadını  sosial mediada izləməyə başlaması da diqqət çəkib və bu detal münasibət iddialarını gücləndirən amillər arasında göstərilib.