Menu
Xəbər Lenti
Tramp Çinə gedir
Bugün, 06:48

Tramp Çinə gedir

Neftimiz bahalaşdı
9-05-2026, 09:49

Neftimiz bahalaşdı

DYP-dən xəbərdarlıq
9-05-2026, 09:43

DYP-dən xəbərdarlıq

Avropaya köçür
9-05-2026, 09:18

Avropaya köçür

13 May 16:14Manşet / Gündəm

Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub

Ölkəmizdə rəsmi səfərdə olan Müqəddəs Taxt-Tacın “Bambino Gesu” Pediatriya Xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub.

Xəstəxananın prezidenti, professor Titsiano Onestinin rəhbərlik etdiyi və tərkibində Səhiyyə direktoru Massimiliano Raponi, Metabolik Xəstəliklər üzrə Klinik və Tədqiqat Bölməsinin rəhbəri Karlo Dionisi Viçi, Beynəlxalq Fəaliyyətlər rəhbəri Sandro Kristaldinin yer aldığı heyət ilə ATU-da görüş keçirilib.

Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli vatikanlı qonaqlara ölkəmizdə səhiyyə sisteminin davamlı inkişafı istiqamətində aparılan genişmiqyaslı islahatlar, həyata keçirilən mühüm layihələr haqda məlumat verib.

Səhiyyə sahəsində, xüsusən pediatriya üzrə qlobal əməkdaşlıqdan da danışan rektor beynəlxalq əlaqələrin ölkələrin səhiyyə sistemlərinin sürətli inkişafının təmin olunması, eyni zamanda müasir tibbi biliklərin paylaşılması baxımından böyük əhəmiyyət daşıdığını, ATU-nun da belə əlaqələrin qurulmasına hər zaman maraq göstərdiyini diqqətə çatdırıb.

“Bambino Gesu” Xəstəxanasının prezidenti, professor Titsiano Onesti də səfərin məqsədindən söz açaraq, bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildiyini, eyni zamanda Azərbaycan, o cümlədən ATU ilə pediatriya sahəsində əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.

Daha sonra qonaqlar Azərbaycan Tibb Universitetinin yaranma tarixi və fəaliyyət sahələrini əks etdirən təqdimat videosunu izləyiblər.

Ardınca Səhiyyə direktoru Massimiliano Raponi “Bambino Gesu”nun ümumi fəaliyyəti, akademik muhit və elmi-tibbi araşdırma istiqamətləri, Beynəlxalq Fəaliyyətlər rəhbəri Sandro Kristaldi isə xəstəxananın yaranma tarixi və inkişaf mərhələləri, həmçinin beynəlxalq əməkdaşlıq üzrə geniş təqdimatla çıxış edib.

Metabolik Xəstəliklər üzrə Klinik və Tədqiqat Bölməsinin rəhbəri Karlo Dionisi Viçi isə təqdimatında metabolik xəstəliklər, diaqnoz və müalicə yolları ilə yanaşı, Azərbaycanla əməkdaşlıq imkanları və əlaqələrin daha da dərinləşdirilməsi üçün İtaliya tərəfinin təklifləri barədə ətraflı məlumat verib.

Qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən əməkdaşlıq perspektivlərinin istiqamətləri üzrə geniş fikir mübadiləsindən sonra vatikanlı qonaqlar universitetin Tədris Cərrahiyə klinikasını ziyarət edərək, Neonatologiya şöbəsində yaradılan mövcud şəraitlə yaxından tanış olublar.