Menu
Xəbər Lenti
“AS Group” WUF13-də
Bugün, 14:23

“AS Group” WUF13-də

Kobaxidze Bakıdadır
18-05-2026, 09:41

Kobaxidze Bakıdadır

Vüqar Qurbanova ağır itki
18-05-2026, 09:21

Vüqar Qurbanova ağır itki

22 May 13:57Manşet / Gündəm / Sosial

Ali Məhkəməyə yeni hakimlər təyin olunur

 

Ali Məhkəməyə yeni hakimlər təyin olunur.

APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ali Məhkəmə hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayev vəzifəsindən azad edilərək Azərbaycan Ali Məhkəməsinə hakim təyin olunacaq.

Bundan başqa, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin vəzifəsinin dəyişdirilərək Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi planlaşdırılır.