Menu
Xəbər Lenti
O da “A.B.İ.”yə gəlir
1-06-2026, 07:17

O da “A.B.İ.”yə gəlir

Millimiz Fransaya qarşı
30-05-2026, 12:20

Millimiz Fransaya qarşı

Azərbaycan nefti ucuzlaşdı
29-05-2026, 09:12

Azərbaycan nefti ucuzlaşdı

03 Haz 12:06Manşet / Gündəm / Sosial

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş futzal turniri başa çatdı

Xezertv.info xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş futzal turniri yüksək təşkilatçılığı, maraqlı oyunları və gərgin idman mübarizəsi ilə yadda qaldı. Turnir ərzində iştirakçı komandalar meydanda əsl idman əzmi, qələbə ruhu və yüksək komanda həmrəyliyi nümayiş etdirərək tamaşaçılara unudulmaz anlar yaşatdılar.
Turnirdə uğurla çıxış edən “Shirvan Operating Company Ltd” şirkətinin komandası keçirdiyi oyunlarda əzmkarlıq və peşəkar oyun nümayiş etdirərək yarışın mükafatçıları sırasında yer aldı və fəxri III yerə layiq görüldü. Komandamızın üzvləri bütün görüşlərdə yüksək məsuliyyət, döyüşkənlik və qalibiyyət əzmi nümayiş etdirərək şirkətimizi layiqincə təmsil etdilər.
Turnirin final qarşılaşması isə xüsusilə böyük maraqla izlənildi. Həlledici görüşdə Telemexanika komandası ilə Kapital Bank komandası üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Telemexanika komandası üstün oyun nümayiş etdirərək rəqibini 6:2 hesabı ilə məğlub etdi və turnirin qalibi adını qazandı.
“Shirvan Operating Company Ltd” şirkətinin kollektivi və futbol komandası adından Telemexanika komandasını qazandıqları möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, komandanın bütün üzvlərinə gələcək yarışlarda da yeni uğurlar, möhkəm komanda ruhu və daha böyük nailiyyətlər arzulayırıq.
İnanırıq ki, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan bu cür idman yarışları gələcək illərdə də davam etdiriləcək, yeni istedadların üzə çıxmasına və idman ənənələrinin daha da zənginləşməsinə xidmət edəcəkdir.

Mənbə: https://www.facebook.com/taleh.mamedov.94651