Menu
Xəbər Lenti
Süni intellekt oğruları
3-08-2026, 10:24

Süni intellekt oğruları

İkram Kərimov vəfat etdi
2-08-2026, 10:01

İkram Kərimov vəfat etdi

Bu gün imtahan var
2-08-2026, 09:57

Bu gün imtahan var

İrana hücumu ləğv etdi
2-08-2026, 09:53

İrana hücumu ləğv etdi

09 Haz 06:32Manşet / Dünya

ABŞ vizası almaq istəyənlərin nəzərinə - 750 dollara...

abs-vizasi-almaq-isteyenlerin-nezerine

ABŞ Dövlət Departamentinin müəyyən səfirlik və konsulluqlarda işgüzar və turist vizası müraciətləri üçün yeni pilot proqram üzərində çalışdığı bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” (AP) əldə etdiyi sənədlərə və ABŞ rəsmisinin açıqlamasına istinadən məlumat yayıb.

Bildirilir ki, yeni sistem çərçivəsində müraciət edənlər əlavə 750 dollar ödəməklə daha sürətli görüş tarixi əldə edə biləcəklər.

Proqramdan istifadə edən şəxslər 10 gün ərzində sürətləndirilmiş viza görüşünə yazıla biləcəklər.

Məlumata əsasən, bu təşəbbüs bu həftə rəsmi şəkildə elan edilə bilər və pilot layihənin 1 iyul – 31 dekabr tarixləri arasında seçilmiş ABŞ səfirlikləri və konsulluqlarında tətbiqi nəzərdə tutulur.

Qeyd olunur ki, 750 dollarlıq ödəniş yalnız əlavə xidmət xarakteri daşıyır və viza təsdiqinə zəmanət vermir.