Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Ağ xalatın şərəfini yaşadan Bayramovlar ailəsi

Cəmiyyətin inkişafında, insanların sağlam həyat tərzinin təmin olunmasında həkimlərin rolu əvəzsizdir. Bu müqəddəs peşəyə ömürlərini həsr edən insanlar hər zaman xalqın hörmət və ehtiramını qazanırlar. Belə nümunəvi ailələrdən biri də Bayramovlar ailəsidir.
Bayramovlar ailəsi uzun illərdir ki, səhiyyə sahəsində xidmət göstərərək insan sağlamlığının keşiyində dayanır. Bu ailənin nümayəndələri üçün həkimlik sadəcə peşə deyil, həm də həyat amalına çevrilmiş müqəddəs missiyadır. İnsanlara şəfa vermək, onların sağlamlığına qovuşmasına kömək etmək Bayramovlar ailəsinin əsas həyat prinsiplərindəndir.
Dəyərli Barat doktor peşəkarlığı, insanpərvərliyi və yüksək mənəvi keyfiyyətləri ilə ətrafındakı insanların rəğbətini qazanmış ziyalı həkimlərimizdəndir. Onun həyat yoldaşı, hörmətli Aygün xanım da səhiyyə sahəsindəki fəaliyyəti ilə seçilən, insanlara qayğı və diqqətlə yanaşan dəyərli tibb işçilərindəndir. Bu ailənin ən böyük sərvəti isə mənəvi dəyərlərə söykənən ailə ənənələri və yetişdirdikləri layiqli övladlarıdır.
Sevindirici haldır ki, ailənin bu şərəfli yolu gənc nəslin nümayəndəsi Aynur xanım tərəfindən də davam etdirilir. Həkimlik peşəsini seçən Aynur xanımın gələcəkdə Azərbaycan səhiyyəsinə dəyərli töhfələr verəcəyinə, insanların sağlamlığı naminə uğurlu fəaliyyət göstərəcəyinə inam böyükdür. Onun əldə edəcəyi nailiyyətlər həm ailəsinin, həm də onu tanıyanların qürur mənbəyi olacaqdır.
Bayramovlar ailəsi bir daha sübut edir ki, peşəyə sevgi, insanlara xidmət hissi və yüksək məsuliyyət nəsildən-nəslə ötürülən ən qiymətli irsdir. Belə ailələr cəmiyyətimizin mənəvi dayağı, səhiyyəmizin isə etibarlı gələcəyidir.
17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə dəyərli Barat doktoru, hörmətli Aygün xanımı, gənc həkim Aynur xanımı və bütün Bayramovlar ailəsini ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti, peşə fəaliyyətlərində yeni-yeni uğurlar və insanlara xidmət yolunda tükənməz nailiyyətlər arzulayırıq. Bayramınız mübarək olsun!

Jalə Ağakişiqızı
Zeferyolu.az-ın rəhbəri






















































