Xəbər Lenti
27-08-2026, 11:31
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
26-08-2026, 13:32
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
25-08-2026, 13:48
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Nepalda ölənlərin sayı 734-ə çatdı

Nepalda baş verən daşqınlar nəticəsində həlak olanların sayı 734 nəfərə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Kathmandu Post” qəzeti ölkə hökumətinin məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, təbii fəlakətdən zərər çəkmiş rayonlarda 734 nəfərin meyti tapılıb. Daha 2 498 nəfər isə itkin düşmüş hesab olunur.
Qeyd edək ki, Nepal-Çin sərhədində baş verən buzlaq çökməsindən sonra yaranan güclü sel və daşqınlar genişmiqyaslı dağıntılara səbəb olub. Bölgədə axtarış-xilasetmə əməliyyatları davam edir. Fəlakət nəticəsində yaşayış məntəqələri, yollar, körpülər və enerji infrastrukturu ciddi zərər görüb.





















































