Menu
Xəbər Lenti
Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

14 Ock 17:29Manşet / Cəmiyyət

“Bəziləri “mən veteranam” deyib restoranlarda hesab vermirlər”

“Bəziləri “mən veteranam” deyib restoranlarda hesab vermirlər”

“Bəziləri “mən veteranam” deyib restoranlarda hesab vermirlər”

“Bəziləri “mən veteranam” deyib restoranlarda hesab vermirlər”


“Son vaxtlar cəmiyyətdə müşahidə edilən bəzi mənfi təzahürlər narahatlıq doğurur. Bəzi hallarda müxtəlif şəxslər qazi adından sui-istifadə etməyə cəhd edir ki, bu da yolverilməzdir”.

“Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda konfransda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. O qeyd edib ki, Vətən müharibəsində iştirak etməyən bəzi şəxslərin özünü qazi kimi təqdim edərək müxtəlif iddialarla çıxış etməsi, dövlətin qazilərə olan diqqət və qayğısına kölgə salmağa çalışması kimi hallara qarşı ictimaiyyət də fəal reaksiya verməli, bu cür şəxslərin qanunsuz əməlləri ifşa olunmalıdır: “Bəzi radikal və təxribatçı qüvvələr qaziləri özlərinə cəlb etmək, onların adından və nüfuzundan çirkin, qeyri-sağlam məqsədlərini reallaşdırmağa çalışırlar ki, bu da anti-xalq və anti-dövlət mahiyyəti daşıyır. Son vaxtlar qazilərin adından sui-istifadə hallarına rast gəlinir. Bəziləri restoranlarda yemək yeyib hesabı vermirlər ki, “mən veteranam”. Müharibədə iştirak etməyib utanmadan hərbi formanı geyinib gəzənlər var. Bəzi qüvvələrin qazilərdən, onların cəmiyyətdəki nüfuzundan dövlətə qarşı istifadə etməyə cəhd etməsi yolverilməzdir və qaziləri bu kimi hallarla bağlı diqqətli olmağa, hər zaman olduğu kimi bundan sonra da dövlətin və onun Prezidentinin ətrafında birləşməyə səsləyirik”.

C. Xəlilov əlavə edib ki, qazilərə diqqət və qayğı sadəcə dövlətin deyil, hər bir vətəndaşın borcudur: “Bununla yanaşı, qazi adı daşıyan şəxslər də öz arzu və istəklərini mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə ifadə etməlidirlər. Son vaxtlar 44 günlük Vətən müharibəsi və 2016-cı ilin aprel döyüşləri iştirakçılarından 800 nəfərə qədər qazi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına üzv olub. Respublikanın bütün bölgə və rayonunda təşkilatımızın yerli strukturları mövcuddur. Mən qazilərimizi təşkilata üzv olmağa səsləyirəm. Onlar təşkilatdaxili müzakirələr və tədbirlərdə iştirak edə, onları narahat edən, düşündürən məsələləri dilə gətirə, təşkilatın imkanlarından yararlana bilərlər.