Xəbər Lenti
Bugün, 12:05
Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
Bugün, 09:35
Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur - TƏHLİL
26-04-2024, 13:41
Botanika İnstitutunun alimləri Şərqi Zəngəzur icmalarına biomüxtəlifliyi tanıtmaq üçün dəyirmi masa keçirib
26-04-2024, 10:22
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26-04-2024, 10:10
İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib
26-04-2024, 08:59
Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir
25-04-2024, 12:01
Cəlil Xəlilov: “Bu, Prezidentimizin Ermənistan və onu silahlandıran dövlətlərə növbəti xəbərdarlığıdır”
Vətən müharibəsinin iştirakçısı olan siyəzənli gənclər mükafatlandırılıblar
Siyəzəndə müxtəlif sahələrdə fərqlənən, həmçinin Vətən müharibəsi iştirakçısı olmuş bir qrup gənc fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.
Siyəzən Gənclər Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyinə həsr olunmuş tədbirdən əvvəl gənclər Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüblər.
Dəyirmi masa ətrafında davam etdirilən tədbirdə Siyəzən Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov hesabat məruzəsi ilə çıxış edib, Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Günel Ağayeva gənclərə göstərilən dövlət qayğısından danışıb.
Çıxışlarda gənclərimizin bu gün dünyanın müxtəlif ölkələrində fəal olduqları və bütün ümummilli məsələlərdə dövlətin yanında olduqları xüsusi vurğulanıb.
Fəal gənclərin iştirak etdiyi tədbirdə Rayon Təhsil Şöbəsinin müdiri Pərvin Ağasıyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndəliyinin mütəxəssisi Taryel Həmzəyev, fəal gənc Marifəti Tamerlan, yeniyetmələr arasında sambo üzrə Avropa çempionatının qalibi, gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı Kamran Qasımov və Vətən müharibəsi iştirakçısı İlkin İlyasov və digərləri çıxış edərək dövlət gənclər siyasəti haqqında ətraflı məlumat veriblər. "Gənclər həftəsi" çərçivəsində təşkil olunan tədbirdə 50-dən çox fəal gənc iştirak edib.
Çıxışlardan sonra gənclərin iştirakı ilə müzakirə aparılıb, gənclərin təklifləri dinlənilib.
Tədbirin sonunda gənclərə fəxri fərman və hədiyyələr təqdim olunub.