Xəbər Lenti
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
22-05-2026, 13:22
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
20-05-2026, 16:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
20-05-2026, 15:19
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
20-05-2026, 15:14
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Ukrayna XİN-dən müharibə açıqlaması
“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı yeni təcavüz dalğasının başladığını elan etdi. Hərbi hücum əməliyyatının məqsədi Ukrayna dövlətinin məhv edilməsi, Ukrayna ərazisinin güc yolu ilə tutulması və işğal yolu ilə nəzarətin təmin olunmasıdır”.
Bu barədə məlumatı Ukrayna Xarici İşlər Nazirliyi yayıb.
Məlumatda qeyd olunur ki, Rusiya qoşunları müxtəlif istiqamətlərdən dinc Ukrayna şəhərlərinə hücum edir:
“Bu, müharibə aktıdır, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsddir, BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Ukrayna beynəlxalq hüquq normalarına uyğun olaraq özünümüdafiə hüququnu aktivləşdirib.
Ukrayna hərbçilərinin döyüş ruhu yüksəkdir, qoşunlarımız işğalçı dövlətin hücumunu dəf etməyə hazırdırlar və Ukrayna torpağını bütün gücləri ilə müdafiə edəcəklər”.





















































