Xəbər Lenti
Bugün, 08:40
Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Dün, 09:29
Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
Dün, 09:07
PREZİDENT İLHAM ƏLİYEVİN AMEA‑NIN 80 İLLİK YUBILEYİ TƏDBİRİNDƏKİ ÇIXIŞINDA DİL MƏSƏLƏLƏRİ
20-12-2025, 13:14
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA
20-12-2025, 13:09
Bloqer Ömrü Sultaninin müayinə üçün yollandığı xəstəxanada VƏFAT ETDİYİ iddia olunur
Mərkəzi Gömrük Hospitalının Xəstə xidmətləri şöbəsinin əməkdaşları üçün təlim keçirilib
9 mart 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında “Effektiv kommunikasiyalar” mövzusunda təlim keçirilib. Təlimdə Xəstə Xidmətləri şöbəsinin rəisi Gülşən İmanova, qeydiyyatçılar: Cəmilə Xudiyeva, Leyla Həsənova, Aysel Kazımlı, Qərənfil Mehdiyeva, Zivər Babayeva, Nərmin Allahverdiyeva, Nərmin Abbaszadə, Nigar Behbudova, Günel İsmayılova və Əsmər Ağayeva, Çağrı Mərkəzinin operatorları: Gülşən Şahverdiyeva və Gülçöhrə Budaqova iştirak ediblər.
Təlimi biznes təlimçi və konsultant İlham Əfəndiyev aparıb. O, effektiv kommunikasiyaların əhəmiyyətindən danışaraq, qeyd edib ki, effektiv kommunikasiya sadəcə informasiya mübadiləsi deyil, həm də məlumatın dəqiq çatdırılması ilə yanaşı, deyilənlərin tam mahiyyətini başa düşməyə şəraitin yaradılmasıdır. Bu zaman dinləyən tərəf əmin olmalıdır ki, onun verdiyi məlumat başa düşülür və qəbul edilir.
Təlimçi həmçinin, qeyd edib ki, effektiv kommunikasiyanın məqsədi davamlı əlaqələr, o cümlədən hər iki tərəf üçün faydalı iş əlaqələri qurmaq və bu əlaqələri qoruyub saxlamaqdır. Müəyyən qaydalara əməl etməklə, insanlara düzgün yanaşma metodları tapmaqla, düşüncələri aydın və tez çatdırmaq bacarığını təkmilləşdirməklə effektiv kommunikasiya qurmaq mümkündür. Təlimin sonunda İlham Əfəndiyev təlim iştirakçılarının suallarını cavablandırıb və birlikdə kollektiv xatirə şəkli çəkdiriblər.






















































