Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

10 Mrt 16:06Manşet / Hadisə

7 vəzifəli şəxs məsuliyyətə cəlb edildi

7 vəzifəli şəxs məsuliyyətə cəlb edildi

2021-ci il ərzində müxtəlif orqanlardan daxil olmuş materialların və vətəndaş müraciətlərinin araşdırılması zamanı 1508 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkarlanıb.

Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.

Törədilmiş İnzibati xətaya görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək, 2,8 mln. manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub. Tətbiq olunan cərimələrdən 1 mln. manatının dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Hesabat dövründə "ASAN Xidmət"in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı DƏMX-nə 8 fakt üzrə məlumat daxil olub.

Bu məlumatlar əsasında 7 vəzifəli şəxs və 1 fiziki şəxs barəsində iş üzrə icraata başlanılıb və müvafiq qərar qəbul edilərək icra üçün Ədliyyə Nazirliyinin aidiyyəti İcra və Probasiya şöbələrinə göndərilib. 7 hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb və hamin Məcəllənin 18.5-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün təsdiqedici sənədlər məhkəmə orqanlarına göndərilib.

DƏMX tərəfindən görülmüş tadbirlərin nəticəsi olaraq vatandaşlara ödənilməsi gecikdirilmiş 1,3 mln. manat məbləğində vəsaitin, onlardan 98,5%-i əmakhaqqı, 0,9%-i zərərə görə ödənc, 0,6%-i sosial müavinət və kompensasiya olmaqla ödənilməsi təmin edilib.

Hesabat dövründə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 34 nəfər öz əvvəlki işlərinə bərpa edilib, bu işçilər barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin olunub.