Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

11 Mrt 14:51Manşet / İqtisadiyyat

90-cı illərin Qarabağ müharibəsinin əlillərinə veriləcək birdəfəlik ödənişlə bağlı AÇIQLAMA

90-cı illərin Qarabağ müharibəsinin əlillərinə veriləcək birdəfəlik ödənişlə bağlı AÇIQLAMA

“1991-1997-ci illərdə xidmətdə olarkən xəsarət alaraq əlil olan şəxslər barəsində müvafiq məlumatlar iki ay ərzində onların xidmət keçdiyi qurumlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) təqdim edilməli idi. Artıq əksər qurumlar siyahını təqdim edib”.
Bunu DSMF-nin İdarə heyətinin sədr müavini Zəka Mirzəyev “Sosial saat” verilişində deyib.

O bildirib ki, siyahı əsasında emal olunma prosesi başa çatdırılmalıdır:

“Bunun böyük hissəsi başa çatandan sonra fond tərəfindən ödənişlər proaktiv qaydada həyata keçiriləcək”.

Z.Mirzəyev bildirib ki, birdəfəlik ödənişlərin ən geci bu ilin birinci yarımilinə qədər verilməsi gözlənilir:

“Amma aidiyyəti qurumlar siyahıları vaxtında verəcəkləri halda ödənişlər tez başlanıla bilər. Bu gün üçün vətəndaşların müraciətinə ehtiyac yoxdur. Onların əlilliklə bağlı məlumatları nazirliyin alt sistemlərində var. Bu əlilliklərin həmin illərdə olmasına dair məlumatı isə aidiyyəti qurumlardan alırıq”.

Qeyd edək ki, Prezident I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəniş edilməsi barədə fərman imzalayıb. Sərəncamda 1991-1997-ci illərdə ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulub.