Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
“İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir”
“Azərbaycan Prezidenti, qardaşım İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir”.
Regionmedia informasiya agentliyi “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Ölkələrlə regional problemləri də müzakirə edirik. Məsələn, qardaşım - Azərbaycan Prezidenti İlham Əliyevin bir günlük səfərində əsas mövzumuz Rusiya və Ukrayna olub. O, Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir. Onun cənab Putinlə münasibətləri hamıya məlumdur. O, bu müharibənin ən yaxşı analitiklərindən biridir. Bizim onunla bu mövzularda çox açıq və aydın danışmaq imkanımız oldu”, - deyə Ərdoğan qeyd edib.






















































