Xəbər Lenti
19-03-2026, 08:10
200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
18-03-2026, 09:13
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
18-03-2026, 08:08
Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır - RƏSMİ AÇIQLAMA
16-03-2026, 11:44
Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir
Həyətlərdəki quyuların suyu pullu olacaq? - Açıqlama
“Özəl torpaq sahələrində təzyiqsiz su quyularının qazılması və oradan çıxarılan sudan istifadə də ödənişsizdir”.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə “Sudan ödənişli istifadə Qaydaları”na edilən dəyişikliklərlə bağlı yaranan anlaşılmazlıqlara aydınlıq gətirərkən deyib.
"Torpaq sahələrinin sahibləri öz ehtiyaclarını ödəmək üçün təzyiqsiz su quyularının qazılmasını və istismarını ödənişsiz həyata keçirə bilərlər. Bu baxımdan xüsusi vurğulamaq lazımdır ki, əhalinin həyətyanı sahələrində istifadə etdiyi fərdi su quyularının mütləq əksəriyyəti bu kateqoriyaya aiddir, yəni ödənişdən azaddır", - nazir müşaviri bildirib.
O vurğulayıb ki, bu qaydalardan yola çıxaraq, həmin ödənişlərin olunması mexanizmləri işlənəcək:
"3 ay ərzində bu təqdim olunmalıdır. Eyni zamanda tariflərin müəyyən olunması həyata keçiriləcək. Tariflərin müəyyən olunması zamanı differensiallaşmış yanaşma tətbiq olunacaq.
Yəni suyun götürülmə obyektindən, miqdarından, keyfiyyətindən, nəql metodlarından və ümumiyyətlə, suyun istehsalına təsir edən istənilən amildən asılı olaraq bunlar müəyyənləşdiriləcək. Differensiallaşmış o deməkdir ki, əhalinin həssas hissəsinə təsirsiz ötüşməsi üçün bu həyata keçiriləcək”.























































