Xəbər Lenti
26-05-2026, 19:04
ATU-nun təşəbbüskarı olduğu Zəfər festivalı 30-dan artıq ali təhsil müəssisəsinin 900-dən çox iştirakçısını bir araya gətirib
26-05-2026, 12:47
Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Son günlər havanın yağıntılı keçməsi Qarqar çayına sel sualarının gəlməyinə səbəb olub
Son günlər havanın yağmurlu keçməsi, dağ massivinə qar yağmağı Qarqar çayına sel sualarının gəlməyinə səbəb olub.
Çay yatağında sel sularının artma ehtimalı Ağdam və Ağcabədinin bəzi kəndlərinin əkin sahələrində sel təhlükəsi riskini artıra bilər. Təkcə Ağdam rayonunun Əfətli və Evoğlu kəndlərinin 1400 hektara qədər əkin sahəsini sel suyu vura bilər.
Kənd sakinlərinin sözlərinə görə suyunun qarşısını almaq üçün artıq bəndlər uçurulub. Beləliklə də Qarqar çayında məcrasından çıxan su yenidən Qarqar çayına yönləndirilir.
Kənd sakinləri onu da qeyd edib ki, sel sularının işğaldan azad olan ərazilərdən partlamamış hərbi sursatlarıda gətirmə ehtimalı var.
Minaların gəlmə ehtimalı isə yerli sakinlərlə yanaşı çay yataqlarında fəaliyyət göstərən daş karxanalarında çalışan fəhlə və sürücülər üçün həyati təhlükə yarada bilər.






















































