Xəbər Lenti
Bugün, 13:36
Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalandı
Azərbaycanda bitkilərin "çəhrayı siyahı"sı hazırlanacaq
Azərbaycanda “Qırmızı kitab”ın üçüncü nəşrinə daxil ediləcək bitkilər qırmızı və çəhrayı siyahıya bölünə bilər.
AMEA Botanika İnstitutunun “Sistematika və biomüxtəliflik” şöbəsinin müdiri, biologiya elmləri doktoru Aydın Əsgərov deyib.
O xatırladıb ki, "Azərbaycanda “Qırmızı kitab” ilk dəfə 1989-cu ildə, ikinci nəşri 2013-cü ildə hazırlanıb. İkinci nəşrə 300-ə yaxın bitki daxil edilib.
"Üçüncü cildin nəşri isə gələn ilin may ayına nəzərdə tutulub. Biz bu işi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bir yerdə görürük. Bu nəşrə 450 növ bitki növünün daxil edilməsini təklif edirik. Kitaba salınacaq bitkiləri qırmızı və çəhrayı siyahıya bölmək istəyirik. Qırmızı siyahıya ciddi qorunmasına ehtiyacı olan 221 növ bitki salınacaq. Çəhrayı siyahıya salınacaq 49 növ bitkinin isə məhv olmasına elə bir ciddi təhlükə yoxdur. Qarabağda ekoloji terrora məruz qalan bitkilər də üçüncü nəşrdə yer alacaq.
"Qarabağın "Qırmızı kitabı"nın gələcəkdə hazırlanması da nəzərdə tutulur. İlkin araşdırmalara görə azad edilən ərazilərdə nəsli kəsilmək təhlükəsində olan 200-dən çox bitki var. Onların az bir qismini üçüncü nəşrə daxil edəcəyik. Belə ki, həmin ərazilər minalardan təmizləndikdən sonra oraya ekspedisiyalar təşkil olunacaq. Bundan sonra Qarabağın "Qırmızı kitabı"na həm bitki, həm heyvanat aləmi daxil ediləcək. Həmin kitabın ingilis və bir neçə digər xarici dilə tərcüməsi də gözlənilir",- deyə A.Əsgərov bildirib.