Xəbər Lenti
4-05-2024, 18:17
Elmar Hüseynov: “Hələ də müharibə veteranı statusunu ala bilməyən döyüşçülərimiz var
4-05-2024, 10:48
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI
3-05-2024, 13:12
"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham (FOTO/VİDEO)
2-05-2024, 09:41
Sadır Japarov: “Ölkələrimiz bundan sonra da hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıdır”
Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq
Azərbaycan və Qırğızıstan bütün sahələrdə fəal qarşılıqlı əlaqə saxlamaq əzmindədir. Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq.
Bu barədə Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşündə bildirib.
Azərbaycan və Qırğız respublikası arasında münasibətlərin perspektivlərinə toxunan dövlətimiz başçısı deyib: “Əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək, çoxlu sənədlər imzalanacaq. Əlbəttə, hesab edirəm ki, həmin sənədlərdən ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Bu, bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq. Biz buna görə çox şadıq. Münasibətlərimizin möhkəm təməli var. Bu, xalqlarımızın qardaşlıq əlaqələridir. Bu gün biz dövlətlərarası münasibətləri belə bir möhkəm təməl üzərində, bu prinsiplər əsasında qururuq”.
Prezident İlham Əliyev bildirib ki, ölkələrimiz arasında diplomatik münasibətlər qurulmasından ötən müddətdə çox iş görülüb, lakin hələ çox iş görülməlidir.
“Əminəm ki, həm beynəlxalq qurumlarda əməkdaşlıq çərçivəsində, həm də ikitərəfli formatda yeni nailiyyətlər, yeni nəticələr olacaq. Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət, nəqliyyat, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması və əlbəttə, müasir dünyada xüsusi diqqət tələb edən regional təhlükəsizlik məsələləri barədə ətraflı danışacağıq. Düşünürəm ki, bu məsələlərə dair fikir mübadiləsi də çox faydalı olacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.