Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Suqovuşanda ilk beynəlxalq yarışın açılış mərasimi keçirildi
Tərtərin Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku-2022” reqatası start götürüb.
Suqovuşana ezam olunan əməkdaşının verdiyi xəbərə görə, işğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq yarış Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib.
Qarabağ üzrə xüsusi nümayəndə Emin Hüseynov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Türkiyə Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü Bülənt Ərən, Gürcüstan Avarçəkmə Federasiyasının prezidenti Zaza Nadiradze yarışdan öncə çıxış edib. Gənclər və idman naziri Fərid Qayıbov isə iştirakçı ölkələrin təmsilçilərini salamladıqdan sonra yarışı açıq elan edib.
Bundan sonra bədii hissəyə keçid alınıb.
Suqovuşan su anbarında təşkil olunan mübarizəyə Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı qatılıb.
Onlar 1 nəfərlik kanoe, 1nəfərlik və 2 nəfərlik kayak qayıqlarında yeniyetmələr və gənclər arasında 200 metr və 500 metr məsafələrə yürüş edəcəklər.
Saat 11:00-da start götürən reqataya mayın 7-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vurulacaq.






















































