Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Bakı şəhər 1 saylı Uşaq Polikilinkasında 1 iyun Uşaqların Müdafiəsi günü qeyd olunub

Ağ xalatlı mələklərimiz - gözəl həkimlərimiz.Hər an, gecə-gündüz demədən sağlamlığımızla bağlı problemlərimizi həll edən gözəl insanlar.
Hələ uşaq həkimləri bir başqa qayğıkeş, uşaq qəlbli olurlar.Onların psixologiyasına bələd olan, öz dillərində onları dindirən gözəl pediatrlarımız.Savadları,təcrübələri ilə uşaqların qayğısını çəkən gözəl insanlar. Sizi nə qədər gözəl sözlərlə vəsf eləsək yenə də azdır.
Bu gün qayğıkeş həkimlərimizin bir yerdə yığışıb, canla-başla uşaqlara qulluq edlədikləri bir məkanda Bakı şəhər 1 saylı Uşaq poliklinikasında Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunub.
Sanki bu gün həkimlərimiz də bir uşaq olmuşdular. Uşaqlarla bir yerdə əylənib,deyib-gülürdülər. Poliklinikada əyləncəli viktorinalar, yarışlar, müsabiqələr təşkil olunmuşdur. Rəhbərlik tərəfinfən uşaqlara hədiyyələr də təqdim olundu. Bu onların sevincini birə-on artırdı.
Valideynlər adından Bakı Şəhər 1 saylı Uşaq Polikilinkası rəhbərliyinə başda Ayşən xanım Ləmbaranskiyə, kollektivə öz təşəkkürümüzü bildiririk.























































