Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Şəmkirdə yol polisi reyd keçirib
Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, təhlükəsizlik kəmərindən istifadə, konstruksiya dəyişikliyi və digər qayda pozuntularının aşkarlanması ilə bağlı keçirilən monitorinq zamanı 3 nəfərin sürücülük hüququ olmadan avtomobil idarə etməsi aşkar edilib. Görülən qanuna müvafiq tədbirlərlə həmin “sürücülərin” hərəkəti dayandırılıb, avtomobilləri qanunla müəyyən edilmiş qaydada müvəqqəti duracağa yerləşdirilib.
Bundan başqa aparılan araşdırmalarla dayanma-durma qaydalarını kobud surətdə pozaraq, avtobus dayancaqlarında eləcə də piyada səkilərində dayanan və ya duran avtomobil sahibləri də inzibati məsuliyyətə cəlb edilib. Davam etdirilən tədbirlərlə mühərriklərində nasazlıq olan, ətraf mühitə həddindən artıq zəzərli qaz ixrac edən 40-a yaxın avtomobil sahibləri də məsuliyyətdən yaxa qurtara bilməyib.






















































