Xəbər Lenti
Bugün, 09:41
Sadır Japarov: “Ölkələrimiz bundan sonra da hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıdır”
29-04-2024, 14:44
Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar
29-04-2024, 11:33
Azərbaycançılıq idealogiyasının yaradıcısı və banisi Ulu Öndər Heydər Əliyev Azərbaycanda güc strukturunu yaratmışdır -Könül Nəbizadə
29-04-2024, 07:50
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
28-04-2024, 12:05
Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
“Zəngəzur dəhlizi Ermənistan üçün də vacibdir”
“Ermənistandan Azərbaycanla münasibətlərin normallaşdırılmasına dair bəzi müsbət mesajlar gəlir. Bunları müsbət addımlar olaraq qiymətləndiririk”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində deyib.
“Bu istiqamətdə irəliləyişə nail olmaq başda Ermənistan və Azərbaycan olmaqla, bütün bölgə ölkələrinin mənafeyinə uyğundur. Qonşu ölkələrlə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıraraq inkişaf üçün zəmin yaratmaq hər kəsdən çox Ermənistan üçün lazımdır. Çünki işğalçı və təcavüzkar siyasəti son 30 ildə Ermənistana fəlakətlərdən başqa bir şey gətirmədi. Ermənistan hökuməti bunu anlamalı və düzgün nəticələr çıxarmalıdır”, - deyə Bayramov söyləyib.
Zəngəzur dəhlizi ilə bağlı aparılan müzakirələrə toxunan C.Bayramov qeyd edib ki, bu mövzuda hələ ki dəqiq bir nəticə yoxdur: “Ermənistan müxtəlif bəhanələrlə dəhlizin reallaşmasını uzatmağa çalışır”.
XİN rəhbərinin sözlərinə görə, Ermənistan bölgədə kommunikasiya baxımından limitli imkanlara sahib ölkədir və Zəngəzur dəhlizi layihəsinin reallaşması digər bölgə ölkələri qədər Ermənistan üçün də vacibdir.