Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç.
Dövlət bayramınız – Rusiya Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik dostluq və mehriban qonşuluq telləri Azərbaycan-Rusiya strateji tərəfdaşlığının və çoxplanlı əməkdaşlığının davamlı inkişafının etibarlı əsasıdır. Ölkələrimizin ikitərəfli gündəlikdəki məsələlərin geniş spektri üzrə qarşılıqlı fəaliyyəti xüsusi məmnunluq doğurur.
Cari ilin fevral ayında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamənin imzalanması son otuz il ərzində yaranmış dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsini təsbit edib.
Əminəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər xalqlarımızın və ölkələrimizin rifahı naminə birgə səylərimizlə bundan sonra da durmadan möhkəmlənəcək və genişlənəcək.
Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiyanın dost xalqına əmin-amanlıq və firavanlıq arzu edirəm".






















































