Xəbər Lenti
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
22-05-2026, 13:22
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
20-05-2026, 16:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Magistraturaya qəbulun nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin internet saytında yerləşdirib.
DİM-dən bildirilib ki, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 14293 bakalavrdan 11510 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 4043 nəfər dövlət sifarişi, 7467 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 7670 nəfər ali təhsil müəssisələrinin cari, 3840 nəfər isə əvvəlki illərin məzunudur.
Magistraturaya qəbul olmuş şəxslər 2022-ci il iyulun 14-dən 25‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.





















































