Xəbər Lenti
Bugün, 12:47
Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Qazaxıstan, Özbəkistan və Qırğızıstan qərar verdi: Müharibəyə gedənlərə həbs cəzası - APA TV

Qazaxıstan, Özbəkistan və Qırğızıstan öz vətəndaşlarına Ukraynada döyüşməyi qadağan edib. Bu barədə TRT-nin Rusya xidməti məlumat yayıb. Qeyd olunub ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri öz vətəndaşlarının Ukraynaya qarşı müharibədə iştirakına qarşı çıxıblar.
Sentyabrın 21-də Qırğızıstanın Rusiyadakı səfirliyi bildirib ki, xarici dövlətlərin ərazisində hərbi əməliyyatlarda iştirak edəcək vətəndaşlar cinayət məsuliyyətinə cəlb ediləcəklər. Bundan başqa, Rusiyada yaşayan və hər hansı hərbi əməliyyatlarda iştiraka çağırılacaq Qırğızıstan vətəndaşlarına dərhal öz ölkələrinin diplomatik nümayəndəliyi ilə əlaqə saxlamaları tövsiyə olunub.
Səfirlikdən o da bildirilib ki, müharibəyə gedən Qırğızıstan vətəndaşlarını 5 ildən 10 ilə qədər həbs gözləyir. Hətta onların əmlakları da müsadirə oluna bilər.
TRT-nin Rusya xidməti Özbəkistan və Qazaxıstanın da bir gün əvvəl oxşar mövqedən çıxış etdiyi barədə məlumat verib.
Özbəkistanın Rusiya Federasiyasındakı səfirliyi bəyan edib ki, xarici dövlətlərin ərazisində könüllü hərbi birləşmələr yaradan və yaxud döyüş əməliyyatlarında iştirak edən vətəndaşları 10 ilədək həbs cəzası gözləyir.





















































