Menu
Xəbər Lenti
FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

30 Eyl 15:29Manşet / Cəmiyyət

Regionlarda sahibkarlara ödənişsiz məsləhət xidməti göstərilir

Regionlarda sahibkarlara ödənişsiz məsləhət xidməti göstərilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzinə (KOBİM) daxil olan müraciətlərə əsasən 23 sahibkara yerində məsləhət xidmətləri göstərilib.

KOBİA-dan bildirilib ki, Xaçmaz KOBİM tərəfindən sentyabr ayı ərzində Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının 20-yə yaxın kəndində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təsərrüfatlarına baxış keçirilib. Xarici ekspert Sərkan Şimşək tərəfindən göstərilən məsləhət xidmətləri çərçivəsində fındıq, qoz, gilas, armud, alma, şaftalı, badam, şaftalı və nektarin bağlarında meyvə ağaclarına qulluq, zərərvericilərə qarşı dərman vasitələrindən düzgün istifadə, budama, suvarma və gübrələmə, əkin qaydaları və yığım prosesi haqqında məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.