Xəbər Lenti
28-02-2026, 10:18
Netanyahu İsrail və İran xalqlarına müraciət etdi: "Hərbi əməliyyatlar hakimiyyət dəyişikliyi üçün şərait yaratmalıdır"
28-02-2026, 10:09
KİV: Netanyahu yeraltı bunkerdə təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə görüş keçirir
28-02-2026, 09:51
İsrail-İran MÜNAQİŞƏSİ - Tehrandan başqa, daha altı şəhərdə PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİR
27-02-2026, 10:14
Məktəblərdə şagirdlərin pis vərdişlərdən qorunması: maarifləndirmənin zəruriliyi və məsuliyyət bölgüsü.
Bakıda narkoman qadın evə silahla basqın edərək pul tələb edib? - YENİLƏNİB

Bakıda bıçaqla silahlanan qadın evə basqın edib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün günorta saatlarında paytaxtın Binəqədi rayonunda eyni adlı qəsəbədə baş verib.
Zərərçəkmiş Lalə Dadaşova bildirib ki, nəvələrini məktəbə yola saldıqdan sonra evdə tək olub. O, bir müddət sonra eyni həyətdə qalan qardaşının oğluna yemək verməyə gedib. Bu zaman evə iki nəfər basqın edib. Dediyinə görə, qadın narkoman olub və ona bıçaqla hücum edərək pul tələb edib.
Lalə Dadaşova iddia edir ki, quldurluq etməkdə şübhəli bilinən qadın qapıdan yox, pəncərədən çıxaraq qaçıb. Sonra məlum olub ki, evdən 400 manat və 1ədəd mobil telefon oğurlanıb.
Qadının müraciətindən sonra ərazi üzrə polis bölməsinin əməkdaşları çox çəkməyib ki, bıçaqla evə basqın etməkdə şübhəli bilinən şəhər sakini Röya Həsənovanı saxlayıblar. Zərərçəkmişin telefonu qadının üzərində aşkar edilib, amma pul olmayıb.
Faktla bağlı bölmədə toplanan material Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.























































