Xəbər Lenti
15-06-2026, 15:44
Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
15-06-2026, 11:49
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
15-06-2026, 08:36
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
14-06-2026, 12:48
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
14-06-2026, 11:59
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
28 Ekm 19:36Manşet / İqtisadiyyat
“Bu 9 ildə bir dəfə Prezidentdən açıq dəstək istəmişəm”

“Mən 2013-cü ildən ilk dəfə nazir kimi fəaliyyətə başlamışam. Bu 9 ildə bir dəfə açıq çıxışımda cənab Prezidentdən qanunun keçirilməsi ilə bağlı dəstək istəmişəm. Bu da məhz bu qanundur”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Niyə? Çünki biz bu qanunun razılaşmasını iki ildən çoxdur edirik. Sizə elə gələ bilər ki, qanun layihəsinin mətni asanlıqla tənzimlənib. Amma bu, belə deyil. Bu nəticə etibarilə hökumətin qoyduğu proseslərlə tətbiq etdiyi mətndir.
Ona görə də mən burada olan bəzi şeyləri fərqli ifadə etmək istəyərdim. Amma mən məmuram və mənim funksiyam bu təqdim olunan mətni müdafiə etməkdir”, - deyə Mikayıl Cabbarov qeyd edib.
***
Nazir əlavə edib ki, İqtisadiyyat Nazirliyi Rəqabət Məcəlləsinin mümkün qədər tez ərsəyə gəlməsi üçün çalışır: “Hətta o olmadığı halda, mövcud qanunlarda bunu nəzərə almağa çalışırıq. Dövlət-özəl tərəfdaşlıq formatının yaradılması rəqabətin yaradılmasıdır. Bu qanun rəqabət olmayan sahələrdə yaradılır. Biz olmayan yerlərə rəqabəti gətiririk”.























































