Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Mikayıl Cabbarov Qətər rəsmiləri ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətər Əmirinin şəxsi nümayəndəsi ilə görüşüb.
Bu barədə nazir “Facebook” hesabında paylaşım edib.
“Qətər Əmirinin şəxsi nümayəndəsi Şeyx Casim bin Həməd Al Tani ilə görüşümüzdə Azərbaycan və Qətər arasında ikitərəfli əlaqələrin, iqtisadi münasibətlərin yüksələn xətt üzrə inkişafını diqqətə çatdırdıq, qarşılıqlı faydalı əməkdaşlıq, həmçinin investisiya-ticarət və digər sahələrdə əlaqələrin genişləndirilməsi barədə müzakirələr apardıq”, - deyə M.Cabbarov qeyd edib.
Mikayıl Cabbarov Qətər İnvestisiya Qurumunun Baş icraçı direktoru ilə də görüşüb.
Görüş zamanı Qətər İnvestisiya Qurumunun Baş icraçı direktoru Mansur bin Ebrahim Al-Mahmudla ölkələrimizin iqtisadi əlaqələrinin gücləndirilməsi, Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan İnvestisiya Şirkəti (Azerbaijan Investment Company OJSC - AIC) ilə birgə sərmayələrin təşviqi, bərpaolunanenerji sahəsində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.