Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

29 Ekm 06:20Manşet / Siyasət

Şuşada TDT ölkələrinin Audiovizual media üzrə tənzimləyici orqanlarının arasında Niyyət Bəyannaməsi imzalanıb

Şuşada TDT ölkələrinin Audiovizual media üzrə tənzimləyici orqanlarının arasında Niyyət Bəyannaməsi imzalanıb
Şuşada TDT ölkələrinin Audiovizual media üzrə tənzimləyici orqanlarının arasında Niyyət Bəyannaməsi imzalanıb

Şuşada TDT ölkələrinin Audiovizual media üzrə tənzimləyici orqanlarının arasında Niyyət Bəyannaməsi imzalanıb

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının birinci toplantısının iştirakçıları Şuşa şəhərinə səfər ediblər.

Səfərin birinci hissəsində - oktyabrın 27-də Bakıda keçirilən toplantıda razılaşdırılan Niyyət Bəyannaməsinin rəsmi imzalama mərasimi keçirilib.

Audiovizual Şuranın sədri İsmət Səttarov bəyanatın vacibliyindən danışaraq bildirib ki, dünən Bakıda bununla bağlı kifayət qədər geniş müzakirələr aparılıb: “Artıq bir konsensiusa gəlmiş olduq. Biz dünən forumun yaradılması ilə bağlı da danışıqlar apardıq. Bu forumun yaradılmasında Türkiyə Radio və Televiziya Ali Şurasının sədri Əbubəkir Şahin ilə müzakirələr apardıq. Gələn ilin yaz aylarında Türkiyə şəhərlərinin birində ilk forum keçiriləcək. Bu forumun böyük əhəmiyyəti var. Mən Forumun parlaq gələcəyinə inanıram. Biz də öz növbəmizdə Forumun davamlı olması üçün çalışacağıq".

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nümayəndələri imzalanmış Niyyət Bəyannaməsi ilə bağlı fikirlərini bildiriblər. Türkiyə Radio və Televiziya Üst Qurumunun (RTÜK) başqanı Əbubəkir Şahin TDT ölkələrinin Audiovizual media üzrə tənzimləyici orqanlarının toplantısının Şuşada davam etdirilməsindən məmnunluğunu ifadə edib: “Şuşaya gəlməkdən çox məmnunuq. Çünki Şuşa Türk dünyası üçün çox mühüm şəhərdir. Bu gün burada qürurla gəzməyimizə görə sevinirik. Bu gözəl bölgəmizi bizə qovuşduran şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq diləyirəm”.

Tədbirdə Özbəkistan, Qırğızıstan və Türkmənistandan olan nümayəndələr də çıxış edib, Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının birinci toplantısının əhəmiyyətini yüksək qiymətləndiriblər.

Sonra Niyyət Bəyannaməsi imzalanıb. Niyyət Bəyannaməsinə əsasən, tənzimləyici orqanlar arasında əməkdaşlığın və dialoqun genişləndirilməsi, audiovizual yayım və onun tənzimlənməsi ilə bağlı bilik, fikir və təcrübə mübadiləsinin həyata keçirilməsi, habelə ümumi mədəni miras hesab olunan audiovizual media ilə bağlı məsələlərin daimi müzakirə formatının yaradılması məqsədilə TDT-yə üzv və müşahidəçi ölkələrin audiovizual media üzrə tənzimləyici orqanlarının Forumunun (Turkic Broadcasting Regulatory Authorities Forum – TBRAF) yaradılması təklifi ilə çıxış edilir və bununla bağlı TDT-yə üzv və müşahidəçi ölkələrin Media və İnformasiya üzrə nazirlərinin və rəsmi şəxslərinin növbəti toplantısına müraciət olunur.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar Şuşa şəhəri ilə tanış olublar. Onlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.